TEZISH və Xalq Sığorta şirkətlər üçün günəmuzd işçi risklərinə qarşı sığorta təqdim edir.
- 16 hours ago
- 1 min read

HR texnologiyası olan TEZISH platformadan istifadə edən bizneslərin səsləndirdiyi əsas narahatlıqlardan birini aradan qaldırmaq üçün Azərbaycanın aparıcı sığorta şirkətlərindən Xalq Sığorta ilə əməkdaşlıq müqaviləsi imzaladığını elan edir.
Bir çox şirkət günəmuzd işçilərlə işləyərkən mallara və ya avadanlıqlara zərər vurulması ehtimalı ilə bağlı risklərdən narahat olduqlarını bildirirdi. TEZISH bu narahatlıqları nəzərə alaraq platformadan istifadə edən bizneslər üçün əlavə təhlükəsizlik və etibarlılıq yaratmaq məqsədilə sığorta həllini təqdim edib.
Yeni əməkdaşlıq çərçivəsində TEZISH vasitəsilə çalışan günlük işlərdə çalışan günəmuzd işçilərin fəaliyyəti zamanı üçüncü şəxslərə və ya mallara vurula biləcək mümkün maddi zərərlər sığorta ilə əhatə olunacaq. Bu addım şirkətlərə günəmuzd işçi xidmətindən daha böyük güvən və rahatlıqla istifadə etməyə imkan yaradır.
TEZISH haqqında:
TEZISH-in məqsədi Azərbaycanda və regionda iş bazarının gələcəyini bu gündən qurmaqdır — elə bir gələcək ki, insanlar bir neçə toxunuşla istədikləri vaxt və istədikləri yerdə işləyə bilsinlər, şirkətlər isə ehtiyac olduqda cəmi 1 dəqiqəyə müvəqqəti işçi tapa bilsinlər.




👍