TEZISH-in Xidmət Şərtləri və Məxfilik Siyasəti
Son Yenilənmə: 3 Yanvar 2026-cı il
Xidmət Şərtləri
“TEZİSH” MMC-nin (“TEZİSH,” “biz”) xidmətlərindən (“TEZİSH Tətbiqetməsi”, “tezish.com”) istifadə etməklə və ödəniş etməklə siz bu Xidmət Şərtləri və Məxfilik Siyasəti (“Xidmət Şərtləri”) ilə razılaşmış olursunuz və Xidmət Şərtləri qanuni qüvvəyə malik olur. Bundan əlavə, siz razılaşmış olursunuz ki, sizin ən az 18 yaşınız var və bu Şərtləri qəbul etmək üçün müvafiq səlahiyyətə maliksiniz.
XAHİŞ EDİRİK, TEZİSH-İN XİDMƏTLƏRİNDƏN İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL AŞAĞIDAKI XİDMƏT ŞƏRTLƏRİNİ DİQQƏTLƏ OXUYUN.
Əgər aşağıda qeyd olunan Xidmət Şərtlərindən razı deyilsinizsə, TEZİSH xidmətlərindən istifadə etməməyinizi xahiş edirik. Bu Xidmət Şərtləri, TEZİSH xidmətlərindən hər hansı bir istifadəyə və bunun əsasında bağlanılmış müqaviləyə şamil edilir.
TEZİSH Xidmət Şərtlərinə vaxtaşırı düzəliş edə bilər. İstənilən düzəlişlər TEZİSH tərəfindən tətbiqetmə və veb-səhifəsi vasitəsilə dərc edildikdən sonra qüvvəyə minəcək. TEZİSH tətbiqetməsi və veb-səhifəsində hər zaman Xidmət Şərtlərinin ən son versiyası yerləşdirilir. Bu düzəlişlərdən sonra xidmətlərimizə davamlı girişiniz və ya istifadəniz düzəliş edilmiş Xidmət Şərtlərinə əməl etməyə razılığınızı təsdiq edir. İstifadəçi Xidmət Şərtlərini istifadə etməklə qəbul edir və razılaşır ki, o Xidmət Şərtlərinin hüquqi quvvəsi və tətbiq edilməsi ilə bağlı yazılı, kağız formatda və ya hər hansı digər formada əlavə müqavilə bağlanılmamasına istinad edə bilməz.
1. TEZİSH-in Əlaqə Məlumatları:
Ad: “TEZİSH” Məhdud Məsuliyyətli Cəmiyyəti
Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN): 1505963731
E-poçt Ünvanı: contact@tezish.com
Faktiki Ünvan: 29 Qurban Abbasov, Bayıl Plaza, Bakı, Azərbaycan
2. Anlayışlar:
-
“Xidmət göstərən şəxs(lər)”: TEZİSH-in xidmətlərindən istifadə edərək partnyorların tələb etdiyi günəmuzd və ya təkrarlanan işçi ehtiyacını qarşılamağı öz öhdəliyinə götürən fiziki şəxslər deməkdir.
-
Partnyorlar: TEZİSH-in xidmətlərindən istifadə edib əvvəldən müəyyənləşdirilmiş məvacib qarşılığında öz günəmuzd və ya təkrarlanan işçi ehtiyaclarını qarşılamağı tələb edən fiziki və hüquqi şəxslər deməkdir.
-
TEZİSH tətbiqetməsi və veb-səhifəsi: TEZİSH partnyorlarının günəmuzd və ya təkrarlanan işçi ehtiyaclarını Xidmət göstərən şəxs(lər)in xidməti ilə ödəmək məqsədilə fiziki və hüquqi şəxslər üçün “TEZİSH” MMC tərəfindən yaradılan TEZİSH tətbiqetməsini və veb-səhifəsini ifadə edir.
3. TEZİSH Tətbiqetməsinin Mahiyyəti:
-
TEZİSH günəmuzd ya da təkrarlanan iş imkanlarında işləmək üçün Xidmət göstərən şəxs(lər)in partnyorlarla əlaqə saxladığı və birləşdirildiyi tətbiqetmə və veb-səhifə platformaları yaradır, inkişaf etdirir və idarə edir. Xidmət göstərən şəxs(lər) və partnyorlar bundan sonra “istifadəçilər” adlandırılacaqlar.
-
TEZİSH iş imkanlarının elan edilməsi, uyğun Xidmət göstərən şəxs(lər)in tapılması, proseslərin idarə olunması və ödənişlərin təşkilinə texnoloji platforma təqdim edir.
-
TEZİSH xidmətlərindən istifadə etmək üçün hesab açmalısınız və bunun üçün qeydiyyatdan keçməlisiniz. Hesab üçün qeydiyyatdan keçdiyiniz zaman sizdən özünüz haqqında bəzi məlumatlar (məsələn, adınız, iş tarixçəniz, e-poçt ünvanınız, telefon nörməniz, profil şəkliniz və ya digər əlaqə məlumatları) təqdim etməyiniz tələb oluna bilər. Siz bizə təqdim etdiyiniz məlumatın dəqiq, cari və tam olması ilə razılaşırsınız və məlumatı hər zaman yeni saxlayacaqsınız. Qeydiyyatdan keçərkən sizdən şifrə təqdim etməyiniz xahiş olunacaq. Hesabınızın və həmçinin Facebook, Google və ya digər üçüncü tərəf girişi üçün hər hansı şifrənin məxfiliyini qorumaq üçün yalnız siz məsuliyyət daşıyırsınız. Hesabınız tərəfindən icra edilən bütün fəaliyyətlərə görə məsuliyyəti qəbul edirsiniz. Əgər hesabınızın artıq təhlükəsiz olmadığına inanmaq üçün əsasınız varsa, dərhal bizə məlumat verməlisiniz. Sizin hesabınızın bizə bu barədə məlumat verib-verməməyinizdən asılı olmayaraq sizdən başqasının icazəsiz istifadə etməsi nəticəsində TEZİSH-in və ya üçüncü tərəfin çəkdiyi itkilərə, zərərlərə, öhdəliklərə, xərclərə və vəkillik haqlarına görə TEZİSH heç bir halda məsuliyyət daşımır. Siz razılaşırsınız ki, biz sizdən şəxsiyyətinizi təsdiqləmək və hesabınızın təhlükəsizliyini təmin etmək üçün istifadə oluna biləcək məlumatları təqdim etməyi tələb edə bilərik.
4. Ümumi Şərtlər:
-
TEZİSH proqram təminatı, şəkillər, yazılar, görüntülər, loqolar, əmtəə nişanları, müəlliflik hüquqları, foto-şəkillər, videolar, musiqilər də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bütün xidmət(lər) və onların nəticələri üzərində müstəsna və tam mülkiyyət hüququna malikdir.
-
Qadağan Olunmuş İstifadələr: Xidmətlərimizdən aşağıdakı üsullarla istifadə etmək qəti qadağandır.
-
Bizimlə rəqabət aparan istənilən xidməti yaratmaq ya da inkişaf etdirmək məqsədilə xidmətlərimizin surətinin çıxarılması və ya xidmətlərimizdən istifadə edilməsi.
-
Xidmətlərimiz vasitəsilə hər hansı üçüncü tərəfin veb-səhifələrinə keçidin yerləşdirilməsi
-
İstifadəçilər haqqında məlumat toplamaq və ya tərtib etmək üçün xidmətimizi və ya hər hansı məlumatı və ya onunla əlaqəli meta-məlumatlı qırmaq, skan etmək və ya başqa şəkildə istifadə etmək.
-
Xidmətimizdən istifadə edərkən əldə edilən hər hansı məlumatı yenidən satmaq.
-
Xidmətimizin təhlükəsizliyini hər hansı şəkildə pozmağa cəhd etmək.
-
Xidmətimizin hər hansı şəkildə tərtib edilməsi, əks mühəndisliyi və ya sökülməsi.
-
TEZİSH tərəfindən açıq şəkildə icazə verilən hallar istisna olmaqla, xidmətimizin hər hansı bir şəkildə təkrar istehsalı, dəyişdirilməsi, lisenziyalaşdırılması, paylaşdırılması, icarəsi, satışı, yenidən satılması, açıq şəkildə nümayiş etdirilməsi, yayımlanması və ya başqa şəkildə istismar əsasında törəmə əsərlərin hazırlanması.
-
Hər hansı bir səbəbdən kiməsə və ya hər hansı bir quruma qarşı təqib, böhtan və ya ayrı-seçkilik etmək.
5. Ödənişlər və Tutulmalar
-
Xidmət göstərən şəxs(lər)ə ödənişlər tətbiqdə göstərilən və təsdiqlənmiş işlər əsasında həyata keçirilir.
-
TEZİSH platforması, inzibati və qanunvericiliklə nəzərdə tutulmuş vergi və digər öhdəliklərin icrasını təmin etmək məqsədilə, partnyorlar tərəfindən Xidmət göstərən şəxs(lər)ə yerinə yetirilən xidmətlərə və ya işlərə görə nəzərdə tutulmuş xalis məbləğdən müəyyən tutulmalar tətbiq edə bilər.
-
Bütün tutulmalar Xidmət göstərən şəxs(lər)ə ödənişdən əvvəl və ya ödəniş zamanı tətbiq daxilində şəffaf şəkildə göstərilir.
6. Məsuliyyət və mübahisəli məsələlərin həlli
-
Bu Şərtlər Xidmət göstərən şəxs(lər)in platformadan istifadə etdiyi müddətdə qüvvədədir.
-
Xidmət göstərən şəxs(lər) partnyorlar tərəfindən iş zamanı verilmiş tapşırıqlara, partnyorların təhlükəsizlik qaydalarına, tətbiqdə göstərilən iş təsvirinə, qüvvədə olan qanunvericiliyə və təhlükəsizlik tələblərinə tam riayət etməyə borcludur.
-
Xidmət göstərən şəxs(lər) xidmətlər və/və ya işlər icra edərkən səhlənkarlıq nəticəsində özünə, üçüncü şəxslərə və partyorların əmlakına vurulan zərərə görə məsuliyyət daşıyır.
-
Xidmət göstərən şəxs(lər) iş zamanı tətbiqdə göstərilməyən və ya təhlükəsizlik baxımından riskli olan tapşırıqları yerinə yetirməkdən imtina etmək hüququna malikdir.
-
TEZİSH heç bir halda dolayı zərərlərə, itirilmiş qazanca, Xidmət göstərən şəxslər(in) partnyorlara xidmət verərərkən SƏTƏM qaydalarına əməl etməməsinə və üçüncü tərəflərin iddialarına görə məsuliyyət daşımır. TEZİSH-in məsuliyyəti qanunvericiliyin icazə verdiyi maksimum həddlə məhdudlaşır.
-
İstifadəçi istənilən vaxt TEZİSH xidmətindən istifadəni dayandıra bilər. TEZİSH öz mülahizəsinə əsasən istənilən vaxt və ya hər hansı səbəbdən xidməti göstərməyi daimi və ya müvəqqəti olaraq dayandıra bilər və ya istifadəçinin xidmət(lər)dən istifadəsinə məhdudiyyət qoya və ya girişini ləğv edə bilər.
-
Xidmət göstərən şəxs(lər)in qanunsuz hərəkətləri, oğurluq, qəsdən zərər vurma və ya digər hüquq pozuntuları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırılır.
-
İstifadəçi və TEZİSH qəbul edir və razılaşır ki, tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində dəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı və qeyd edilən hadisələr Müqavilə üzrə hüquq və öhdəliklərin icrasına təsir göstərdiyi təqdirdə, Tərəflər üzərinə götürdükləri öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşımırlar.
7. Qanunvericilik və Mübahisələrin Həlli:
-
Bu Xidmət Şərtləri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir. TEZİSH ilə hər hansı İstifadəçi arasında yaranmış mübahisələr danışıqlar/mediasiya yolu ilə həll edilir. Mübahisə danışıqlar yolu ilə həll edilə bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.
Məxfilik Siyasəti
Bu məxfilik bildirişi “TEZİSH“ MMC-nin (“TEZİSH,” “biz”) TEZİSH-in iş və kadr ilə təmin etmə xidmətləri (“TEZİSH Tətbiqetməsi”, “tezish.com”) istifadəçilərinin fərdi məlumatlarını emal etdiyini və bu fərdi məlumatları istifadə edərkən onlara hörmət etməyi və qorumağı öhdəsinə götürdüyünü bildirir.
Bu bildiriş TEZİSH-in məxfi məlumatlarınızı necə topladığını, istifadə etdiyini və necə paylaşıdığını əks etdirir. Bu bildiriş bizim veb-səhifəmizin və tətbiqetmələrimizin bütün istifadəçilərinə aiddir. TEZİSH məxfilik siyasətini dəyişdirmək və yeniləmək haqqını özündə saxlayır. Buna görə də, biz istifadəçiləri hər dəfə xidmətlərimizdən istifadə etmə qərarını verməzdən əvvəl tətbiqetməmizdəki və veb-səhifəmizdəki dəyişdirilmiş və ya yenilənmiş versiyasını nəzərdən keçirməyə dəvət edirik.
Bu bildiriş xüsusi olaraq aşağıdakı istifadəçilərə aid edilir:
-
Xidmət göstərən şəxs(lər): TEZİSH-in xidmətlərindən istifadə edərək partnyorların tələb etdiyi günəmuzd və ya təkrarlanan kadr ehtiyacını qarşılayan fiziki şəxslərə.
-
Partnyorlar: TEZİSH-in xidmətlərindən istifadə edib öz birdəfəlik və ya təkrarlanan işçi ehtiyaclarını qarşılamağı tələb edən fiziki və hüquqi şəxslərə.
Bu bildirişə aid edilənlərin hamısı bu bildirişdə “istifadəçilər” adlandırılacaq.
1. Məlumat Toplanması və İstifadələri:
TEZİSH tərəfindən toplanılmış və işlənilmiş aşağıdakı fərdi məlumatları bizim aramızdakı müvaqaviləni lazımı səviyyədə yerinə yetirməyimiz üçündür. TEZİSH xidmətlərindən istifadə etmək üçün qeydiyyatdan keçdiyiniz, istifadəçi hesabı yaratdığınız və istifadəçi və ya şirkət təcrübənizi inkişaf etdirmək məqsədi ilə əlavə məlumatlar paylaşdığınız zaman bizə bu məlumatları təqdim etməlisiniz:
-
İstifadəçilər tərəfindən TEZİSH-ə təqdim edilənlərə daxildir: Tam ad, e-poçt, ünvan, telefon nömrəsi, istifadəçi adı və şifrəsi, profil şəkili, ödəniş və bank məlumatları, şəxsiyyət vəsiqəsi məlumatları (sənədin nömrəsi həm də doğum tarixi, cins və fotoşəkil), və sürücülük vəsiqəsi məlumatı.
-
TEZİSH-in xidmətlərindən istifadə zamanı yaradılan məlumatlara isə bunlar daxildir:
-
Biz istifadəçilərin dəqiq və ya təxmini yer məlumatlarını Xidmət göstərən şəxs(lər)in öz öhdəliklərinə götürdükləri işləri yerinə yetirmələrini izləmək, istifadəçilərin təhlükəsizliyini qorumaq, fırıldaqçılığın qarşısını almaq və aşkar etmək və qanuni tələbləri yerinə yetirmək üçün toplayırıq. TEZİSH bu məlumatları TEZİSH tətbiqetməsinin ön planında (tətbiq açıq və ekranda) və ya arxa planda (tətbiq açıq, lakin ekranda deyil) işləyərkən toplayır.
-
TEZİSH xidmətlərin istifadəsi ilə əlaqəli məlumatları da toplayır. Bunlara istənilən və öhdəliyə götürülən xidmətin növü, sifarişin detalları, ödəniş əməliyyatının məlumatları, xidmətin günü və saatı, ödənilən məbləğ, xidmətin verilmə müddəti və ödəniş üsulu daxildir. Əlavə olaraq, əgər bir istifadəçi başqa bir istifadəçinin göndərdiyi promo koddan istifadə etmişdirsə, promo kodu göndərən şəxsin adı istifadə edən şəxsin adı ilə əlaqələndirilə bilər.
-
TEZİSH istifadəçilərin TEZİSH xidmətləri ilə qarşılıqlı əlaqəsi haqqında məlumat toplayır. Buna istifadəçilərin hansı günlərdə və vaxtlarda xidmətlərdən istifadə etməsi, baxılan tətbiqetmə və veb-səhifəsi, tətbiqetmə və veb-səhifə çökmələri, brouzer növü, bizim xidmətlərdən istifadədən əvvəl üçüncü tərəf saytları və ya xidmətləri və başqa cihaz məlumatları (bunlara avadanlıq modelləri, cihazın İP ünvanı və ya digər unikal cihaz identifikatorları, proqram təminatı, üstünlük verilən dillər, reklam identifikatorları və cihazın hərəkət və mobil şəbəkə məlumatları daxildir) daxildir.
-
TEZİSH tərəfindən fərdi məlumatların toplanması İstifadəçi tərəfindən Xidmətlərdən istifadə edilməsi nəticəsində toplanmaqla və ya İstifadəçi tərəfindən birbaşa təqdim edilməklə, İstifadəçi TEZİSH tətbiqetməsinə və ya veb-səhifəsinə daxil olduqda və “çərəz” (cookie) vasitəsilə həyata keçirilə bilər.
-
İstifadəçinin razılığı 5 il ərzində qüvvədədir. Bu müddət bitdikdən sonra fərdi məlumatlar qanunvericiliyə uyğun olaraq məhv edilir və ya arxivləşdirilir.
-
2. Məlumatların İşlənilməsinin Məqsdələri və Hüquqi Əsasları:
Məqsədlər: Fərdi məlumatlarınızın TEZİSH tərəfindən işlənilməsinin bir neçə məqsədi var. Bunlara TEZİSH-in xidmətlərini təmin etmək və müqavilə öhdəliklərini yerinə yetirmək (hüquqi əsas: müqavilənin icrası və qanuni maraq), qanuni öhdəliklərimiz üçün (hüquqi əsas: qanuni öhdəliyə əməl etmə), iddialara baxılması və hüquqi proseslər üçün (hüquqi əsas: qanuni maraq), müştəri ilə ünsiyyət və marketinq üçün (hüquqi əsas: qanuni maraq) və keyfiyyətin yaxşılaşdırılması və tendensiyanın təhlili üçün (hüquqi əsas: qanuni maraq) istifadə daxildir.
3. Qəbul Edənlər:
-
Biz fərdi məlumatlarınızı yalnız TEZİSH təşkilatının bu Məxfilik Siyasətinin məqsədləri üçün mümkün qədər zəruri olduqda paylaşırıq. Aşağıdakı hallardan biri tətbiq olunmadıqda fərdi məlumatlarınızı TEZİSH təşkilatından kənarda üçüncü tərəflərlə bölüşmürük:
-
Biz Məxfilik Siyasətində göstərilən məqsədlər üçün və səlahiyyətli xidmət təminatçılarına, məsələn, partnyorların kadr ehtiyaclarını qarşılayan Xidmət göstərən şəxs(lər)ə partnyorlarımızın TEZİSH xidmətlərini yerinə yetirməsi üçün fərdi məlumatlara çıxış ehtiyacı olduqda məlumatlarınızı üçüncü tərəfə təmin edirik. Bundan əlavə, fərdi məlumatlarınız filiallarımıza və bizim üçün xidmətlər (məlumatların saxlanılması, mühasibat üçotu, satış və marketinq daxil olmaqla) göstərən və ya bizlə əməkdaşlıq edən səlahiyyətli xidmət təminatçılarına, bizim üçün ödəmə xidmət təminatçılarına və tərəfdaşlara təqdim edə bilərik.
-
Qanuni səbəblər və hüquqi proseslər üçün isə TEZİSH sizin fərdi məlumatlarınızı əldə etmək və istifadə etmək; (i) hər hansı bir qanun, qayda və ya məhkəmə qərarına əməl etmək; (ii) aldatma, cinayət, təhlükəsizlik, və ya texniki məsələləri aşkarlamaq və qarşısını almaq üçün fərdi məlumatlarınızı TEZİSH xaricindəki üçüncü tərəflərə bölüşə bilərik.
-
Digər qanuni səbələrə görə isə TEZİSH birləşmə, satınalma və ya aktivlərinin satışında iştirak edirsə, fərdi məlumatlarınızı əlaqəli üçüncü tərəfə ötürə bilər.
-
TEZİSH birbaşa internetdən istifadə ilə bağlı olan və onun tənzimləmə və nəzarətindən kənarda olan hallarla bağlı informasiya təhlükəsizliyinə təminat vermir.
-
Fərdi məlumatları və informasiya təhlükəsizliyi ilə bağlı bu Məxfilik Siyasəti ilə tənzimlənməyən bütün hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
-
4. Hüquqlarınız:
-
Giriş Hüququ: TEZİSH tərəfindən işlənilmiş fərdi məlumatlarınıza daxil olmaq və məlumat almaq hüququnuz var.
-
Razılığı geri götürmək hüququnuz var.
-
Düzəliş etmək hüququ: Haqqınızda saxladığımız səhv və ya natamam fərdi məlumatlarınızı bizimlə əlaqə quraraq düzəltmək və ya tamamlamaq hüququnuz var.
-
Fərdi məlumatlarınızı sistemlərimizdən siliməsini xahiş edə bilmək hüqunuz var.
-
Etiraz etmək hüququnuz var.
5. Uşaqlar:
TEZİSH tətbiqetməsi və veb-səhifəsi 18 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və TEZİSH bu yaşa qədər heç kim haqqında şəxsi məlumatları bilərəkdən toplamır və saxlamır.
6. Əlaqə Saxlayın:
E-poçt: contact@tezish.com