TEZISH və Decoliv Mağazalar Şəbəkəsi (Veysəloğlu Şirkətlər Qrupu) Strateji Tərəfdaşlığa Başladı
- Apr 17
- 1 min read

HR texnologiyası olan TEZISH, ev dekoru və interyer məhsulları sahəsində 20+ filialı ilə fəaliyyət göstərən yerli retail brendi olan Decoliv Mağazalar Şəbəkəsi (Veysəloğlu şirkətlər qrupu) ilə əməkdaşlığa başladığını elan edir.
Decoliv Mağazalar Şəbəkəsi (Veysəloğlu şirkətlər qrupu) müştərilərə interyer və dekorativ əşyalar, mətbəx və ev aksesuarları, eləcə də mövsümi və hədiyyəlik məhsullar təqdim edən, qısa müddətdə sürətlə genişlənən mağazalar şəbəkəsidir.
Bu əməkdaşlıq çərçivəsində Decoliv Mağazalar Şəbəkəsi (Veysəloğlu şirkətlər qrupu) əməliyyat çevikliyini artırmaq və dəyişkən işçi ehtiyaclarını daha sürətli və səmərəli şəkildə qarşılamaq üçün TEZISH platformasından istifadə edəcək.
TEZISH vasitəsilə şirkətlər qısa müddətli və ya saatlıq işçi ehtiyaclarını cəmi bir neçə dəqiqə ərzində qarşılaya bilir. Bu isə xüsusilə retail sektorunda artan müştəri axını və mövsümi yüklənmə dövrlərində əməliyyatların fasiləsiz davam etməsinə imkan yaradır.




Comments