"TEZISH" “OBA” ilə strateji tərəfdaşlığını elan edir!
- Anar
- May 2
- 1 min read

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan və 1500-dən çox filialı ilə Azərbaycanın ən böyük marketlər şəbəkəsi sayılan “OBA” HR texnologiyası olan TEZISH-lə strateji tərəfdaşlığını elan edir. Bu əməkdaşlıq “OBA” müştərilərinə daha sürətli və effektiv xidmət göstərməkdə dəstək olacaq. “Oba Market Haqqında”: “OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir.
“TEZISH Haqqında”: 2022-ci ildən etibarən TEZISH-in məqsədi Azərbaycanda və regionda iş bazarının gələcəyini bu gündən qurmaqdır. Elə bir gələcək ki, insanlar bir neçə toxunuşla istədikləri vaxt, istədikləri yerdə, öz həyat tərzlərinə uyğun şəkildə işləyə bilsinlər. Şirkətlər isə təcili ehtiyac olduqda ölkənin istənilən nöqtəsinə cəmi 1 dəqiqəyə müvəqqəti işçi taparaq insan resursları problemlərini sıfıra endirsinlər.
👍