"TEZISH" “Araz” supermarketlər şəbəkəsi ilə strateji tərəfdaşlığını elan edir!
- Anar

- Jul 22
- 1 min read

HR texnologiyası olan "TEZISH", 400-ə yaxın filialı ilə Azərbaycanın ən böyük marketlər şəbəkələrindən biri olan “Araz” supermarketlər şəbəkəsi ilə strateji tərəfdaşlığa başladığını elan etməkdən məmnunluq duyur. Bu əməkdaşlıq “Araz” supermarketə müştərilərinə daha sürətli və effektiv xidmət göstərməkdə dəstək olacaq.
"Araz" Haqqında: Müştərilərin məmnuniyyətini və rəğbətini qazanaraq sürətli inkişaf yolunu seçən “Araz” supermarketlər şəbəkəsi “Siz harada, “Araz” orada" şüarı ilə 2011-ci ildə 4 filialla xidmətə başlayıb. Bütün Azərbaycanı əhatə etməyi hədəfləyən “Araz” supermarketlər şəbəkəsinin 400-ə yaxın filialı var və 12 000-dən artıq əməkdaşı ilə hər gün 400 000-ə yaxın müştəriyə öz məhsulları ilə xidmət göstərir.
“TEZISH" Haqqında: 2022-ci ildən etibarən TEZISH-in məqsədi Azərbaycanda və regionda iş bazarının gələcəyini bu gündən qurmaqdır — elə bir gələcək ki, insanlar bir neçə toxunuşla istədikləri vaxt, istədikləri yerdə, öz həyat tərzlərinə uyğun şəkildə işləyə bilsinlər. Şirkətlər isə təcili ehtiyac olduqda ölkənin istənilən nöqtəsinə cəmi 1 dəqiqəyə müvəqqəti işçi taparaq insan resursları problemlərini sıfıra endirsinlər.




👍