top of page

Bakıdakı günəmuzd işçi xidmətlərinin qiymətləri necədir? (2026)

  • 1 day ago
  • 3 min read

Son illərdə Bakıda şirkətlərin müvəqqəti işçi xidmətlərinə tələbatı sürətlə artır. Xüsusilə pərakəndə satış (yəni, retail), logistika və tədbir sektorlarındakı şirkətlər qısa müddətli işlər (günlük işlər) üçün günəmuzd işçi qüvvəsinə ehtiyac duyurlar.

Bəs Bakıda günəmuzd işçi sifariş verməyin qiymətləri nə qədərdir?


Qısa cavab

Qiymətlər əsasən vəzifədən, təcililikdən, işin ağırlığından, iş yerinin şəhərin mərkəzinə yaxınlığından və tələbatın yüksək olduğu dövrlərdən asılı olaraq dəyişir. Araşdırmalara əsasən, Bakı üzrə 9 saatlıq günlük iş (və ya freelance iş) üçün günəmuzd işçilər aşağıdakı xidmət haqqı aralığına razı olurlar.


Bakı üzrə günəmuzd işçilərin orta qiymətləri (9 saat)

Vəzifə

Orta günlük ödəniş

Kassir

21 – 25 AZN

Satıcı

20 AZN

Anbar işçisi / fəhlə

23 – 25 AZN

Sürücü köməkçisi

21 AZN

Paketçi/Qablaşdırıcı

20 – 21 AZN

Mal qəbulçusu

21 AZN

Açılış Qrupu Üzvü

21 AZN

Təmizlik işçisi (və ya Xadimə)

25 AZN

Bu qiymətlər 9 saatlıq iş müddəti üçün nəzərdə tutulur ancaq retail və entertainment (və ya tədbir) sahəsində 3-4 saatlıq iş üzrə 12-13AZN ətrafı xidmət haqqı təklif edildiyini də müşahidə etmişik. 3-4 saatlıq günəmuzd işçi ehtiyacı adətən mağazaların gün ərzində xüsusilə də mağazaya həftənin müəyyən günlərində anbardan göndərilən malların bir neçə saat ərzində qəbul edilib, yerləşdirilməsində və 18:00-22:00 ətrafı müştəri trafikinin pik olduğu vaxtlarda müştərilən kassa və ya şöbələrdə gözləməməsinə, narazı olmamalarına və satışların itirilməməsinin qarşısını alır. Bununla da həm tam-ştat filial və ya anbar əməkdaşları yüklənmir, həm də müştəri sayı artsa belə müştərilərə keyfiyyətli xidmət verilərək müştərilən eyni küçədəki və ya mərtəbədəki rəqib mağazaya yollanmasının qarşısı alınır.


Qiymətlər nədən asılıdır?

Günlük işçi sifarişini verərəkən xidmət haqqını təyin edən tərəf işçi sifariş verən şirkətdir. TEZISH platformasının ödəniş tələbi yoxdur və sadəcə ödəniş tövsiyəsi var. Sifariş yerləşdirən HR əməkdaşı platformanın tövsiyə etdiyi qiymətdən fərqli qiymət təklif etməkdə azaddır. Bəs, günlük iş üzrə günəmuzd işçi xidmətinin xidmət haqqısı nə(lər)dən asılıdır?


1. Vəzifə: İşin növü və ağırlığı

Məsələn, kassir və satıcı kimi vəzifələrdə müştəri ilə birbaşa ünsiyyət və məsuliyyət daha yüksəkdir, buna görə də maaş aralığı bir qədər yüksək ola bilər. Və ya anbarda anbar işçisi (və ya fəhlə) və ya filialda təmizlik işçisi (və ya xadimə) vəzifəsi üzrə işlər fiziki olaraq daha ağırdır. 

2. Təcililik: Günəmuzd işçi sifarişi verilərkən işin başlamasına 24 saatdan az vaxt varsa (xüsusilə də işin başlamasına 4 saatdan az qalmış), platformanın tövsiyəsi təcili ehtiyacın effektiv formada qarşılanması üçün standart xidmət haqqının üzərinə 10-15% əlavə edilməsidir. 

3. İş yerinin şəhər mərkəzinə yaxınlığı:

Şəhərin mərkəzi və ya uzaq ərazilərdə yerləşən obyektlərdə qiymətlər və günəmuzd işçi ehtiyacının təminat sürətli fərqli ola bilər. Məsələn, Buzovna ərazisində yerləşən anbarın və ya mağazanın işçi ilə təminat xərci və sürəti Gənclik Mall-da yerləşən mağazan ilə eyni olmayacaq, çünki günlük işlərdə işləmək istəyən işçi(lər) üçün fərqli nəqliyyat vasitələrinin mövcud olması vacibdir.

4. Tələbatın yüksək olduğu dövrlər

Bayram günləri, həftə sonları və tədbirlər zamanı günəmuzd işçilərə tələbat bütün şirkətlər üzrə artır, bu isə qiymətlərin bir qədər yüksəlməsinə səbəb ola bilər.


Hansı sahələr günlük işçilərdən daha çox istifadə edir?

Bakıda günəmuzd işçilərə əsasən aşağıdakı sahələrdə ehtiyac yaranır:

  • Supermarket və retail mağazalar

  • Anbar və logistika şirkətləri/mərkəzləri

  • Entertainment və ya tədbir təşkilatçıları

  • Geyim mağazaları

  • Ecommerce platformaları

Bu sahələrdə qısa müddətli işçi ehtiyacı tez-tez yaranır və şirkətlər çevik işçi modelindən istifadə etməyə üstünlük verirlər, çünki ehtiyac təcili və müvəqqətidir. 


Günəmuzd işçi sifarişi necə verilir?

Müasir platformalar vasitəsilə şirkətlər artıq bir neçə kliklə müvəqqəti işçi sifariş edə bilirlər. Həftələr və aylarla elan yerləşdirib işçi axtarmaq artıq optimal deyil.

Məsələn, TEZISH platformasında şirkətlər aşağıdakı məlumatları qeyd edərək günlük işlər üçün günlük və ya bir neçə saatlıq işçi sifarişi yerləşdirə bilirlər:

  • İş yeri və filial seçmək

  • Lazım olan işçi sayı və günlük iş üçün ödəniş təklifi (fərqli vəzifələr üzrə ödəniş ortalama 18-25AZN-dir.)

  • İş saatları və tarix

  • Vəzifə növü (kassir, satıcı, fəhlə, mal qəbulçusu, sürücü köməkçisi və s.)

Bundan sonra günlük işlər platformada yerləşir və +10 000 günəmuzd işçilər arasında ən uyğun işçi və ya işçilər işə başlamaq üzrə TEZISH tərəfindən seçilir. 1 günlük işlər üçün tələbat iş axtaranlar tərəfindən yüksək olduğu üçün adətən platforma işçi təminatını bir neçə saat ərzində tamamlayır.


Nəticə

Bakıda günəmuzd işçi xidmətlərinin qiymətləri 9 saat üzrə əsasən 18 AZN ilə 25 AZN arasında dəyişir və bu, vəzifə növündən və iş şəraitindən asılıdır.

Əgər biznesinizdə müvəqqəti işçi ehtiyacı yaranırsa, günəmuzd işçi modeli həm daha sürətli (bir neçə saat ərzind), həm daha sərfəli (hər vəzifə üzrə aylıq işçi xərci 400AZN daha azdır), həm də əziyyətsizdir (TEZISH işçi təminatını, rəsmiləşməsini və ödənişini edir və məsuliyyət daşıyır).

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Anar İsmayilov TEZISH

Əlaqə məlumatınızı paylaşın, istifadə ilə bağlı köməklik göstərək

Anar bəy 1 saat* ərzində sizinlə əlaqə saxlayacaq.
*iş saatları ərzində

Təşəkkürlər! Sizinlə tezliklə əlaqə saxlanılacaq.

Anar bəy ilə 24/7 əlaqə saxlayın

Mail icon
TEZISH whatsapp number icon
bottom of page