top of page
Karyera

Bizim məqsədimiz əmək bazarındakı çətinliyi sıfıra endirməkdir - hərkəs üçün, hər yerdə. Yəni, frilanserlərin və part time iş elanlarında işləmək istəyənlərin istədikləri vaxt, istədikləri yerdə işləyərək öz həyatlarını kontrol etmələri və bizneslərin isə daha rahat işləməyi bizim xəyal etdiyimiz dünyadır.
Məqsədləri üçün risk almaqdan qorxmayan komandaya qoşul!
Vakansiyalar
-
TEZISH-də necə işləməyə başlaya bilərəm?Qeydiyyatdan keç, profil yarat və TEZISH tərəfindən təsdiq edilməyi gözlə. Təsdiq edildikdən sonra 2 toxunuşla sifarişə müraciət et. Qəbul edildiyin sifarişə başlamazdan əvvəl SİMA İmza ilə Müqaviləni imzala. Sifarişi bitir və işlədiyin şirkətə reytinq verib 5 iş günü ərzində ödənişini al.
-
Bəs TEZISH-də işləməyin üstünlükləri nələrdir?Platforma sənə öz cədvəlinə uyğun sifarişlərdə işləyib azad pul qazanmağını təmin edir. Sifariş barədə bildiriş telefonuna gəlir, qrafikinə uyğundursa, müraciət edirsən və gözləyirsən. Seçildikdə isə təsdiq və digər barədə məlumatlar (məkan, tarix, saat) WhatsApp vasitəsilə sənə bildirilir. Bundan əlavə fərqli kateqoriyalarda işləyə və təcrübə qazanmaqda tamamilə azadsan.
-
Platformada hansı işlər mövcuddur?TEZISH-də aşağıdakı kateqoriyalar üzrə işlərə müraciət edə bilərsən: Hotel, restoran: Aşpaz, Ofisiant; Pərakəndə satış: Satıcı/Merçendayzer, Kassir, Açılış Qrupu Üzvü; Tədbir: Tədbir köməkçisi Qeyd edək ki, TEZISH-də tələbata uyğun mütəmadi olaraq yeni kateqoriyalar yaranır. Gözün sifarişlərdə olsun ki, ilk müraciət edənlərdən biri elə sən olasan.
bottom of page