TEZISH-in Xidmət Şərtləri və Məxfilik Siyasəti
Son Yenilənmə: 25 Mart 2023
Xidmət Şərtləri
“TEZİSH” MMC-nin (“TEZİSH,” “biz”) xidmətlərindən (“TEZİSH Tətbiqetməsi”, “tezish.com”) istifadə etməklə və ödəniş etməklə siz bu Xidmət Şərtləri və Məxfilik Siyasəti (“Xidmət Şərtləri”) ilə razılaşmış olursunuz və Xidmət Şərtləri qanuni qüvvəyə malik olur. Bundan əlavə, siz razılaşmış olursunuz ki, sizin ən az 18 yaşınız var və bu Şərtləri qəbul etmək üçün müvafiq səlahiyyətə maliksiniz.
XAHİŞ EDİRİK, TEZİSH-İN XİDMƏTLƏRİNDƏN İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL AŞAĞIDAKI XİDMƏT ŞƏRTLƏRİNİ DİQQƏTLƏ OXUYUN.
Əgər aşağıda qeyd olunan Xidmət Şərtlərindən razı deyilsinizsə, TEZİSH xidmətlərindən istifadə etməməyinizi xahiş edirik. Bu Xidmət Şərtləri, TEZİSH xidmətlərindən hər hansı bir istifadəyə və bunun əsasında bağlanılmış müqaviləyə şamil edilir.
TEZİSH Xidmət Şərtlərinə vaxtaşırı düzəliş edə bilər. İstənilən düzəlişlər TEZİSH tərəfindən tətbiqetmə və veb-səhifəsi vasitəsilə dərc edildikdən sonra qüvvəyə minəcək. TEZİSH tətbiqetməsi və veb-səhifəsində hər zaman Xidmət Şərtlərinin ən son versiyası yerləşdirilir. Bu düzəlişlərdən sonra xidmətlərimizə davamlı girişiniz və ya istifadəniz düzəliş edilmiş Xidmət Şərtlərinə əməl etməyə razılığınızı təsdiq edir. İstifadəçi Xidmət Şərtlərini istifadə etməklə qəbul edir və razılaşır ki, o Xidmət Şərtlərinin hüquqi quvvəsi və tətbiq edilməsi ilə bağlı yazılı, kağız formatda və ya hər hansı digər formada əlavə müqavilə bağlanılmamasına istinad edə bilməz.
1. TEZİSH-in əlaqə məlumatları
Ad: “TEZİSH” Məhdud Məsuliyyətli Cəmiyyəti
Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN): 1505963731
E-poçt Ünvanı: anar@tezish.com
Cari Ünvan: İsmayıl Hidayətzadə 20A, m34, AZ 1154, Bakı, Azərbaycan.
2. Anlayışlar
-
Peşəkarlar: TEZİSH-in xidmətlərindən istifadə edərək partnyorların tələb etdiyi birdəfəlik ya da təkrarlanan kadr ehtiyacını qarşılamağı öz öhdəliyinə götürən fiziki şəxslər deməkdir.
-
Partnyorlar: TEZİSH-in xidmətlərindən istifadə edib əvvəldən müəyyənləşdirilmiş məvacib qarşılığında öz birdəfəlik ya da təkrarlanan kadr ehtiyaclarını qarşılamağı tələb edən fiziki və hüquqi şəxslər deməkdir.
-
TEZİSH tətbiqetməsi və veb-səhifəsi: TEZİSH partnyorlarının birdəfəlik və ya təkrarlanan kadr ehtiyaclarını TEZİSH peşəkarlarının xidməti ilə ödəmək məqsədilə fiziki və hüquqi şəxslər üçün “TEZİSH” MMC tərəfindən yaradılan TEZİSH tətbiqetməsini və veb-səhifəsini ifadə edir.
3. TEZİSH xidmətinin təsviri
-
TEZİSH birdəfəlik ya da təkrarlanan iş imkanlarında işləmək üçün peşəkarların partnyorlarla əlaqə saxladığı və birləşdirildiyi tətbiqetmə və veb-səhifə platformaları yaradır, inkişaf etdirir və idarə edir. Peşəkarlar və partnyorlar bundan sonra “istifadəçilər” adlandırılacaqlar. Əgər siz başqa bir istifadəçinin şərtləri ilə razılaşsanız, siz və digər istifadəçi - bilavasitə ikiniz (Partnyorlar və Peşəkarlar) arasında müvafiq (xidmət, əmək, və s.) müqavilə bağlamağı və aranızdakı münasibətləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə rəsmiləşdirməklə həyata keçirməyi öhdənizə götürürsünüz. TEZİSH bu mərhələdə və münasibətlərdə hər hansı formada iştirak etmir və heç bir halda məsuliyyət daşımır.
-
Peşəkarlar müstəqil podratçılardır və TEZİSH-in işçiləridir. Bu Xidmət Şərtlərində xidmətlərdən istifadənizin nəticəsi olaraq TEZİSH-in sizinlə birgə müəssisə, tərəfdaşlıq, əmək və ya agentlik müqaviləsi və münasibətləri yaratması kimi şərh edilə bilər.
-
TEZİSH xidmətlərindən istifadə etmək üçün hesab açmalısınız və bunun üçün qeydiyyatdan keçməlisiniz. Hesab üçün qeydiyyatdan keçdiyiniz zaman sizdən özünüz haqqında bəzi məlumatlar (məsələn, adınız, iş tarixçəniz, e-poçt ünvanınız, telefon nörməniz, profil şəkliniz və ya digər əlaqə məlumatları) təqdim etməyiniz tələb oluna bilər. Siz bizə təqdim etdiyiniz məlumatın dəqiq, cari və tam olması ilə razılaşırsınız və məlumatı hər zaman yeni saxlayacaqsınız. Qeydiyyatdan keçərkən sizdən şifrə təqdim etməyiniz xahiş olunacaq. Hesabınızın və həmçinin Facebook, Google və ya digər üçüncü tərəf girişi üçün hər hansı şifrənin məxfiliyini qorumaq üçün yalnız siz məsuliyyət daşıyırsınız. Hesabınız tərəfindən icra edilən bütün fəaliyyətlərə görə məsuliyyəti qəbul edirsiniz. Əgər hesabınızın artıq təhlükəsiz olmadığına inanmaq üçün əsasınız varsa, dərhal bizə məlumat verməlisiniz. Sizin hesabınızın bizə bu barədə məlumat verib-verməməyinizdən asılı olmayaraq sizdən başqasının icazəsiz istifadə etməsi nəticəsində TEZİSH-in və ya üçüncü tərəfin çəkdiyi itkilərə, zərərlərə, öhdəliklərə, xərclərə və vəkillik haqlarına görə TEZİSH heç bir halda məsuliyyət daşımır. Siz razılaşırsınız ki, biz sizdən şəxsiyyətinizi təsdiqləmək və hesabınızın təhlükəsizliyini təmin etmək üçün istifadə oluna biləcək məlumatları təqdim etməyi tələb edə bilərik.
-
TEZİSH istifadəçiləri birdəfəlik və ya təkrarlanan iş imkanlarının keyfiyyətinə və vaxtında icra edilməsinə, başqa istifadəçilərlə olan davranışlarına və bir-birilərinə verdiyi hər hansı reytinq və rəylərə, düzgünlüyünə, peşəkarlığına və digər hər hansı hərəkəti və ya hərəkətsizliyinin nəticəsinə görə məsuliyyət daşıyır. Bundan əlavə, TEZİSH hər hansı birdəfəlik və ya təkrarlanan iş imkanlarının düzgünlüyünə və qanuniliyinə görə məsuliyyət daşımır.
4. Ümumi Şərtlər
4.1. TEZİSH proqram təminatı, şəkillər, yazılar, görüntülər, loqolar, əmtəə nişanları, müəlliflik hüquqları, foto-şəkillər, videolar, musiqilər də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bütün xidmət(lər) və onların nəticələri üzərində müstəsna və tam mülkiyyət hüququna malikdir.
4.2. Qadağan Olunmuş İstifadələr: Xidmətlərimizdən aşağıdakı üsullarla istifadə etmək qəti qadağandır
-
Bizimlə rəqabət aparan istənilən xidməti yaratmaq ya da inkişaf etdirmək məqsədilə xidmətlərimizin surətinin çıxarılması və ya xidmətlərimizdən istifadə edilməsi.
-
Xidmətlərimiz vasitəsilə hər hansı üçüncü tərəfin veb-səhifələrinə keçidin yerləşdirilməsi.
-
İstifadəçilər haqqında məlumat toplamaq və ya tərtib etmək üçün xidmətimizi və ya hər hansı məlumatı və ya onunla əlaqəli meta-məlumatlı qırmaq, skan etmək və ya başqa şəkildə istifadə etmək.
-
Xidmətimizdən istifadə edərkən əldə edilən hər hansı məlumatı yenidən satmaq.
-
Xidmətimizin təhlükəsizliyini hər hansı şəkildə pozmağa cəhd etmək.
-
Xidmətimizin hər hansı şəkildə tərtib edilməsi, əks mühəndisliyi və ya sökülməsi.
-
TEZİSH tərəfindən açıq şəkildə icazə verilən hallar istisna olmaqla, xidmətimizin hər hansı bir şəkildə təkrar istehsalı, dəyişdirilməsi, lisenziyalaşdırılması, paylaşdırılması, icarəsi, satışı, yenidən satılması, açıq şəkildə nümayiş etdirilməsi, yayımlanması və ya başqa şəkildə istismar əsasında törəmə əsərlərin hazırlanması.
-
Hər hansı bir səbəbdən kiməsə və ya hər hansı bir quruma qarşı təqib, böhtan və ya ayrı-seçkilik etmək.
5. Komisyon Muzdu və Ödəniş
-
Partnyorlar TEZİSH tətbiqetməsindən və veb-səhifəsindən istifadə edərək peşəkarların birdəfəlik ya da təkrarlanan işlərdə işləməsi üçün TEZİSH-ə birdəfəlik olmaqla müvafiq məbləğdə ödəniş – komisyon muzdu ödəyirlər. TEZİSH-in məsuliyyəti əldə etdiyi komisyon muzdu həcmində məhdudlaşır. Partnyorlar tərəfindən Peşəkarlara ödəniş onlar arasında bağlanmış müvafiq (xidmət, əmək və s.) vasitəsilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə rəsmiləşdirməklə həyata keçirilir. TEZİSH Partnyorlar və Peşəkarlar arasındakı ödənişlərin alınması, ötürülməsi və ya icra edilməsi üzrə münasibətlərdə hər hansı formada iştirak etmir və tərəflər arasındakı ödəniş münasibətlərinə görə heç bir halda məsuliyyət daşımır.
-
İstifadəçilər yalnız bu ödəniş öhdəliyini onlayn ödəmə üsulundan istifadə etməklə yerinə yetirə bilər. İstifadəçi tələb olunan məbləğdə ödəniş etmişdirsə, istifadəçinin ödəmə öhdəliyi yerinə yetirmiş olur. Bundan əlavə, TEZİSH ödənişlərin prosessinqi üçün üçüncü tərəf olan ödəniş xidməti təminatçılarından istifadə edir.
-
Partnyorlar və Peşəkarlar arasında ödəniş və müqavilə münasibətlərindən irəli gələn hər hansı vergi və digər məcburi tutulmalarla bağlı həmin Partnyor və Peşəkar müvafiq qaydada məsuliyyət daşıyır.
6. Müddət və Xitam
-
Bu Xidmət Şərtləri TEZİSH xidmətindən istifadə etdiyi müddətdə növbəti xəbərdarlığa qədər TEZİSH və istifadəçi arasında icrası məcburi razılaşma olaraq qüvvədədir.
-
İstifadəçi istənilən vaxt TEZİSH xidmətindən istifadəni dayandıra bilər. TEZİSH öz mülahizəsinə əsasən istənilən vaxt və ya hər hansı səbəbdən xidməti göstərməyi daimi və ya müvəqqəti olaraq dayandıra bilər və ya istifadəçinin xidmət(lər)dən istifadəsinə məhdudiyyət qoya və ya girişini ləğv edə bilər.
7. Məxfilik
-
TEZİSH tətbiqə birdəfəlik və ya təkrarlanan işləri istifadəçilərə vasitəçi kimi təklif etmək məqsədilə istifadəçilərin (peşəkarların və partnyorların) məlumatlarını yalnız bir-birinə ötürür.
8. Fors Major
-
İstifadəçi və TEZİSH qəbul edir və razılaşır ki, tərəflər fors major halların baş verməsi nəticəsində bu Xidmət Şərtləri üzrə öhdəlikləinin icra edilməməsinə görə məsuliyyət daşımır. Fors major hallara irimiqyaslı təbii fəlakətlər, müharibə, silahlı münaqişələr, dövlət orqanlarının və tərəflərin öhdəliklərini yerinə yetirməsinə mane olan digər şəxslərin qərarları və s. aiddir. Fors major hal 3 (üç) gündən artıq davam etdiyi halda, fors major halın təsirinə məruz qalmış tərəf digər tərəfə məlumat verir.
9. Qanunvericilik və Mübahisələrin Həlli
-
Bu Xidmət Şərtləri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir və tənzimlənir. TEZİSH ilə hər hansı İstifadəçi arasında yaranmış mübahisələr ilk öncə TEZİSH-in burada göstərilmiş əlaqə vasitəsilə məlumat verməklə danışıqlar vasitəsilə həll edilir. Mübahisə danışıqlar yolu ilə həll edilə bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər vasitələrlə həll edilə bilər.
10. Əlaqə Saxlayın
-
Əlavə suallarınız üçün bizimlə əlaqə saxlaya bilərsiz.
Məxfilik Siyasəti
Bu məxfilik bildirişi “TEZİSH“ MMC-nin (“TEZİSH,” “biz”) TEZİSH-in iş və kadr ilə təmin etmə xidmətləri (“TEZİSH Tətbiqetməsi”, “tezish.com”) istifadəçilərinin fərdi məlumatlarını emal etdiyini və bu fərdi məlumatları istifadə edərkən onlara hörmət etməyi və qorumağı öhdəsinə götürdüyünü bildirir.
Bu bildiriş TEZİSH-in məxfi məlumatlarınızı necə topladığını, istifadə etdiyini və necə paylaşıdığını əks etdirir. Bu bildiriş bizim veb-səhifəmizin və tətbiqetmələrimizin bütün istifadəçilərinə aid edilir. TEZİSH məxfilik siyasətini dəyişdirmək və yeniləmək haqqını özündə saxlayır. Buna görə də, biz istifadəçiləri hər dəfə xidmətlərimizdən istifadə etmə qərarını verməzdən əvvəl tətbiqetməmizdəki və veb-səhifəmizdəki dəyişdirilmiş və ya yenilənmiş versiyasını nəzərdən keçirməyə dəvət edirik.
Bu bildiriş xüsusi olaraq aşağıdakı istifadəçilərə aid edilir
-
Peşəkarlar: TEZİSH-in xidmətlərindən istifadə edərək partnyorların tələb etdiyi birdəfəlik və ya təkrarlanan kadr ehtiyacını qarşılayan fiziki şəxslərə.
-
Partnyorlar: TEZİSH-in xidmətlərindən istifadə edib öz birdəfəlik və ya təkrarlanan kadr ehtiyaclarını qarşılamağı tələb edən fiziki və hüquqi şəxslərə.
Bu bildirişə aid edilənlərin hamısı bu bildirişdə “istifadəçilər” adlandırılacaq.
1. Məlumat Toplanması və İstifadələri
TEZİSH tərəfindən toplanılmış və işlənilmiş aşağıdakı fərdi məlumatları bizim aramızdakı müvaqaviləni lazımı səviyyədə yerinə yetirməyimiz üçündür. TEZİSH xidmətlərindən istifadə etmək üçün qeydiyyatdan keçdiyiniz, istifadəçi hesabı yaratdığınız və istifadəçi və ya şirkət təcrübənizi inkişaf etdirmək məqsədi ilə əlavə məlumatlar paylaşdığınız zaman bizə bu məlumatları təqdim etməlisiniz:
-
İstifadəçilər tərəfindən TEZİSH-ə təqdim edilənlərə daxildir: Tam ad, e-poçt, ünvan, telefon nömrəsi, istifadəçi adı və şifrəsi, profil şəkili, ödəniş və bank məlumatları, şəxsiyyət vəsiqəsi məlumatları (sənədin nömrəsi həm də doğum tarixi, cins və fotoşəkil), və sürücülük vəsiqəsi məlumatı.
-
TEZİSH-in xidmətlərindən istifadə zamanı yaradılan məlumatlara isə bunlar daxildir:
-
Biz istifadəçilərin dəqiq və ya təxmini yer məlumatlarını peşəkarların öz öhdəliklərinə götürdükləri işləri yerinə yetirmələrini izləmək, istifadəçilərin təhlükəsizliyini qorumaq, fırıldaqçılığın qarşısını almaq və aşkar etmək və qanuni tələbləri yerinə yetirmək üçün toplayırıq. TEZİSH bu məlumatları TEZİSH tətbiqetməsinin ön planında (tətbiq açıq və ekranda) və ya arxa planda (tətbiq açıq, lakin ekranda deyil) işləyərkən toplayır.
-
TEZİSH xidmətlərin istifadəsi ilə əlaqəli məlumatlarıda toplayır. Bunlara istənilən və öhdəliyə götürülən xidmətin növü, sifarişin detalları, ödəniş əməliyyatının məlumatları, xidmətin günü və saatı, ödənilən məbləğ, xidmətin verilmə müddəti və ödəniş üsulu daxildir. Əlavə olaraq, əgər bir istifadəçi başqa bir istifadəçinin göndərdiyi promo koddan istifadə etmişdirsə, promo kodu göndərən şəxsin adı istifadə edən şəxsin adı ilə əlaqələndirilə bilər.
-
TEZİSH istifadəçilərin TEZİSH xidmətləri ilə qarşılıqlı əlaqəsi haqqında məlumat toplayır. Buna istifadəçilərin hansı günlərdə və vaxtlarda xidmətlərdən istifadə etməsi, baxılan tətbiqetmə və veb-səhifəsi, tətbiqetmə və veb-səhifə çökmələri, brouzer növü, bizim xidmətlərdən istifadədən əvvəl üçüncü tərəf saytları və ya xidmətləri və başqa cihaz məlumatları (bunlara avadanlıq modelləri, cihazın İP ünvanı və ya digər unikal cihaz identifikatorları, proqram təminatı, üstünlük verilən dillər, reklam identifikatorları və cihazın hərəkət və mobil şəbəkə məlumatları daxildir) daxildir.
-
TEZİSH tərəfindən fərdi məlumatların toplanması İstifadəçi tərəfindən Xidmətlərdən istifadə edilməsi nəticəsində toplanmaqla və ya İstifadəçi tərəfindən birbaşa təqdim edilməklə, İstifadəçi TEZİSH tətbiqetməsinə və ya veb-səhifəsinə daxil olduqda və “çərəz” (cookie) vasitəsilə həyata keçirilə bilər.
-
İstifadəçinin razılığı 5 il ərzində qüvvədədir. Bu müddət bitdikdən sonra fərdi məlumatlar qanunvericiliyə uyğun olaraq məhv edilir və ya arxivləşdirilir.
2. Məlumatların İşlənilməsinin Məqsədləri və Hüquqi Əsasları
Məqsədlər: Fərdi məlumatlarınızın TEZİSH tərəfindən işlənilməsinin bir neçə məqsədi var. Bunlara TEZİSH-in xidmətlərini təmin etmək və müqavilə öhdəliklərini yerinə yetirmək (hüquqi əsas: müqavilənin icrası və qanuni maraq), qanuni öhdəliklərimiz üçün (hüquqi əsas: qanuni öhdəliyə əməl etmə), iddialara baxılması və hüquqi proseslər üçün (hüquqi əsas: qanuni maraq), müştəri ilə ünsiyyət və marketinq üçün (hüquqi əsas: qanuni maraq) və keyfiyyətin yaxşılaşdırılması və tendensiyanın təhlili üçün (hüquqi əsas: qanuni maraq) istifadə daxildir.
3. Qəbul Edənlər
-
Biz fərdi məlumatlarınızı yalnız TEZİSH təşkilatının bu Məxfilik Siyasətinin məqsədləri üçün mümkün qədər zəruri olduqda paylaşırıq. Aşağıdakı hallardan biri tətbiq olunmadıqda fərdi məlumatlarınızı TEZİSH təşkilatından kənarda üçüncü tərəflərlə bölüşmürük:
-
Biz Məxfilik Siyasətində göstərilən məqsədlər üçün və səlahiyyətli xidmət təminatçılarına, məsələn, partnyorların kadr ehtiyyaclarını qarşılayan peşəkarları partnyorlarımızın TEZİSH xidmətlərini yerinə yetirməsi üçün fərdi məlumatlara çıxış ehtiyacı olduqda məlumatlarınızı üçüncü tərəfə təmin edirik. Bundan əlavə, fərdi məlumatlarınız filiallarımıza və bizim üçün xidmətlər (məlumatların saxlanılması, mühasibat üçotu, satış və marketinq daxil olmaqla) göstərən və ya bizlə əməkdaşlıq edən səlahiyyətli xidmət təminatçılarına, bizim üçün ödəmə xidmət təminatçılarına və tərəfdaşlara təqdim edə bilərik.
-
Qanuni səbəblər və hüquqi proseslər üçün isə TEZİSH sizin fərdi məlumatlarınızı əldə etmək və istifadə etmək; (i) hər hansı bir qanun, qayda və ya məhkəmə qərarına əməl etmək; (ii) aldatma, cinayət, təhlükəsizlik, və ya texniki məsələləri aşkarlamaq və qarşısını almaq üçün fərdi məlumatlarınızı TEZİSH xaricindəki üçüncü tərəflərə bölüşə bilərik.
-
Digər qanuni səbələrə görə isə TEZİSH birləşmə, satınalma və ya aktivlərinin satışında iştirak edirsə, fərdi məlumatlarınızı əlaqəli üçüncü tərəfə ötürə bilər.
-
TEZİSH birbaşa internetdən istifadə ilə bağlı olan və onun tənzimləmə və nəzarətindən kənarda olan hallarla bağlı informasiya təhlükəsizliyinə təminat vermir.
-
Fərdi məlumatları və informasiya təhlükəsizliyi ilə bağlı bu Məxfilik Siyasəti ilə tənzimlənməyən bütün hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
4. Hüquqlarınız
-
Giriş Hüququ: TEZİSH tərəfindən işlənilmiş fərdi məlumatlarınıza daxil olmaq və məlumat almaq hüququnuz var.
-
Razılığı geri götürmək hüququnuz var.
-
Düzəliş etmək hüququ: Haqqınızda saxladığımız səhv və ya natamam fərdi məlumatlarınızı bizimlə əlaqə quraraq düzəltmək və ya tamamlamaq hüququnuz var.
-
Fərdi məlumatlarınızı sistemlərimizdən siliməsini xahiş edə bilmək hüqunuz var.
-
Etiraz etmək hüququnuz var.
5. Uşaqlar
-
TEZİSH tətbiqetməsi və veb-səhifəsi 18 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və TEZİSH bu yaşa qədər heç kim haqqında şəxsi məlumatları bilərəkdən toplamır və saxlamır.
6. Əlaqə Saxlayın
-
Əlavə suallarınız üçün bizimlə əlaqə saxlaya bilərsiz.