TEZISH, West Product Marketing (WPM) ilə strateji tərəfdaşlığını elan edir!
- Anar

- Jan 22
- 1 min read

HR texnologiyası olan TEZISH, Azərbaycanın satış və distribusiya sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan West Product Marketing MMC ilə strateji tərəfdaşlığını elan edir. Bu əməkdaşlıq West Product Marketing-ə əməliyyat çevikliyini artırmaq, mövsümi və dəyişkən işçi ehtiyaclarını daha sürətli və səmərəli şəkildə qarşılamaq imkanı yaradacaq.
West Product Marketing MMC haqqında:
2003-cü ildə satış və distribütor şirkəti kimi fəaliyyətə başlayan West Product Marketing MMC hazırda kərə yağı, bitki yağları, süd və süd məhsulları, düyü, zeytun və makaron kimi geniş çeşidli məhsulların idxalı və eyni zamanda 40-dan çox fərqli məhsulun distribütorluğu ilə məşğuldur. Şirkətin tərkibində fəaliyyət göstərən “Odel” şirniyyat fabriki müxtəlif növ peçenye istehsalı həyata keçirir. Pərakəndə satış sahəsində isə “Kingsmart” supermarketlər şəbəkəsi yüksək keyfiyyətli fəaliyyəti ilə öz seqmentində rəqabət mühiti formalaşdırmağa nail olub.
TEZISH haqqında:
Yerləşdirilən sifarişə dərhal TEZISH tərəfindən yoxlanılmış namizədlər müraciət edir. Bir neçə saat ərzində ən təcrübəli və yüksək reytinqli işçilər tətbiq tərəfindən sifarişə qəbul olunurlar.




👏🏻👏🏻
Tebrikler