top of page

“TEZISH” Frilanserlərin Onlayn Müqavilə İmzalaması Üçün “SİMA İmza”nı İnteqrasiya Etdi

Frilanserlərin SİMA İmza ilə TEZISH-də müqavilə imzalama imkanı

Bakı, Azərbaycan


“TEZISH Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza”nı platformasındakı frilanserlərin müqavilə imzala prosesini asanlaşdırması məqsədilə inteqrasiya etdiyini elan etməkdən məmnunluq duyur.


“SİMA İmza” rəqəmsal imzanın inteqrasiyası ilə TEZISH ilə frilanserlər arasındakı xidmət müqavilələri artıq onlayn imzalanacaq və bununlada imzalama prosesi təhlükəsiz və işə qəbul prosesi isə daha asan, sürətli və qaunvericiliyə uyğun olacaq. Yəni, yeni nəsil rəqəmsal imzanın TEZISH istifadəçilərinə verdiyi ən böyük fayda müqavilələrin imzalanılma vaxtının bir neçə gündən 1 neçə saniyəyə endirməsidir və bu TEZISH-in öz müştərilərinə verdiyi dəyər təklifini daha da dəyərli edir.


İnteqrasiya hazırda “TEZISH: İş axtaranlar” mobil tətbiqində aktivdir.

Frilanserlər “SİMA İmza” rəqəmsal imzanı əldə etmək üçün SİMA tətbiqini yükləyə və bir dəfə qeydiyyatdan keçərək əldə edə bilərlər. “SİMA İmza” ilə əlaqəli ətraflı məlumatı isə şirkətin saytından və 157 Çağrı Mərkəzindən əldə edə bilərlər.

90 views1 comment

1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
Feb 17
Rated 5 out of 5 stars.
Like
bottom of page