top of page

“TEZISH” Azərbaycanın Aparıcı Beynəlxalq Sərgi və Konqres Təşkilatçısı “Caspian Event Organisers” (CEO) ilə Strateji Tərəfdaşlığını Elan Edir

Updated: Mar 13, 2024


Bakı, Azərbaycan                                                                                       27 Fevral, 2024-cü il

 

İnnovativ insan resursları platforması olan “TEZISH” ölkənin aparıcı tədbir təşkilatçılarından “Caspian Event Organisers” (CEO) ilə strateji tərəfdaşlığa başladığını elan etməkdən məmnunluq duyur. Bu əməkdaşlıq “CEO”-ya onların təqdim etdikləri xidmətləri (reklam kampaniyaları, tədbirlərin açılışı, təntənəli axşam ziyafətləri, ekskursiyalar və idman tədbirləri) öz qonaqlarına yüksək keyfiyyətdə və yaradıcılıqda icra etməkdə kömək edəcək.

 

“Caspian Event Organisers” (CEO) Haqqında: “Caspian Event Organisers” (CEO) artıq 25 ildir ki, Azərbaycanda beynəlxalq sərgi, konfrans və konqreslər təşkil edir. Tədbirlərin yüksək səviyyəsi və keyfiyyəti ən mühüm sektorları əhatə edir ki, bu da müxtəlif sahələrdə mövcud problemlərin səmərəli həllinə imkan verir.

“ADEX” Beynəlxalq Müdafiə Sərgisi, "BakuBuild" Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, "Baku Energy Forum", "Caspian Agro" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, "Caspian Oil&Gas" Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, “Interfood Azerbaijan” Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, "Rebuild Karabakh" Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi, “TransLogistica Caspian” Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi və digər bu kimi təşkil olunan tədbirlərin miqyası və əhəmiyyəti “СЕО” şirkəti tərəfindən təqdim olunan xidmətlərin yüksək peşəkarlığını bir daha sübut edir.

25 views2 comments

2件のコメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
ゲスト
2024年3月12日
5つ星のうち5と評価されています。

.

いいね!

ゲスト
2024年2月27日
5つ星のうち5と評価されています。
いいね!
bottom of page