Günəmuzd işçi xidməti şirkətlər üçün nə qədər faydalıdır?
- Mar 23
- 2 min read

Son illərdə bir çox şirkətlər günəmuzd işçi modelinə daha çox üstünlük verməyə başlayıb. Xüsusilə pərakəndə satış, logistika, anbar, ecommerce, geyim və tədbir sektorlarında iş yükü bəzən qəfil artır və şirkətlər günlük işlər üçün lavə işçi qüvvəsinə ehtiyac duyurlar.
Belə hallarda günəmuzd işçi xidməti bizneslər üçün daha çevik və sərfəli həll kimi görünür.
Günəmuzd işçi xidmətinin əsas üstünlükləri
1. 100% Rəqəmsal: Bütün prosesi onlayn idarə etmək imkanı:
Müasir platformalar vasitəsilə şirkətlər işçilərin:
Profil məlumatlarını
İş təcrübəsini
Reytinqlərini və əvvəlki iş performanslarını
asanlıqla görə bilirlər. Bu da daha etibarlı işçi seçimi etməyə kömək edir.
2. Daha az xərclə işçi tapmaq
Tam-ştat işçi saxlamaq şirkətlər üçün əlavə xərclər yaradır:
əmək müqavilələri
tam-ştat maaşlar, vergilər və sosial ödənişlər
HR və inzibati proseslər
Günəmuzd işçi modelində isə şirkətlər yalnız ehtiyac olduqda işçi sifariş verir, bu da işçi xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
3. Sənədləşmə və administrativ işlərin azalması
Ənənəvi işə qəbul prosesi çox vaxt aparır. Elan vermək, CV-lərin yoxlanması, müsahibələr, müqavilələr və digər sənədlərin (sağlamlıq arayış və s.) toplanması kifayət qədər vaxt alır.
TEZISH kimi platformalarda isə bu proseslərin hamısı platforma tərəfindən idarə olunur. Nəticədə şirkətlər kağız işlərinə vaxt itirmədən birbaşa işçi ehtiyacının lazımi anbar və ya mağazaya sürətli təmin edilməsinə fokuslana bilirlər.
4. Bir neçə kliklə işçi tapmaq
Günəmuzd işçi platformalarının ən böyük üstünlüklərindən biri sürətdir.
Şirkətlər sadəcə aşağıdakı məlumatları qeyd edərək sifariş yerləşdirə bilər:
İşin yerləşdiyi məkan (filia və ya anbar)
Lazım olan işçi sayı və ödəniş məbləği
İş saatları və tarix (ehtiyac olan gün və ya saatlar)
Vəzifə növü (kassir, satıcı, fəhlə, mal toplayan, sürücü köməkçisi və s.)
Bundan sonra qeyd edilən freelance işlər üzrə müraciət edən günəmuzd işçilər TEZISH tərəfdindən bir neçə saat ərzində qəbul edlir və şirkət qısa müddətdə komandasına əlavə dəstək cəlb edə bilir.
5. Pik dövrlərdə əlavə işçi cəlb etmək
Retail və logistika sektorunda müştəri trafikinin artmasına görə bəzi dövrlərdə iş yükü kəskin artır. Məsələn:
endirim kampaniyaları
bayram günləri
həftə sonları
yeni filial açılışları
Bu zaman şirkətlər günəmuzd işçi sifariş verərək iş yükünü rahat şəkildə idarə edə bilirlər.
6. Optimallaşdırılmış komanda qurmaq
Müvəqqəti işçi modelinin başqa bir üstünlüyü isə şirkətlərin daha çevik komanda strukturu qurmasına imkan verməsidir.
Şirkətlər əsas işləri görmək üçün kiçik bir tam-ştat komanda saxlayır, əlavə iş yükü mövcud işçilərin öhdəsindən gələ biləcəyindən çoxdursa, o zaman günəmuzd işçilər sifariş verir.
Bu yanaşma həm xərcləri optimallaşdırır, həm də mövcud ştat işçilərinin məmnun olmasına və stres altında işləməsinin qarşısının alınmasında kömək edir.
Nəticə
Günəmuzd işçi xidməti şirkətlər üçün bir çox üstünlük yaradır:
İşçiləri platforma üzərindən izləmək və reytinqlərini görmək
Daha az xərclə əlavə işçi cəlb etmək
Kağız və HR proseslərinə vaxt sərf etməmək
Bir neçə kliklə uyğun işçi tapmaq
Pik dövrlərdə işçi sayını asanlıqla artırmaq
Bu səbəbdən bir çox biznes artıq günlük işçi modelini işçi idarəetməsində effektiv və sərfəli alət kimi istifadə edir.




Comments